“GSM” İctimai Birliyi “PMP.youth” adlı layihə həyata keçirib

image-whatsapp-image-2026-09-27-at-20-31-49backend
image-uzb_ads_desk

“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” (GSM) İctimai Birliyi gənclərin layihə idarəetməsi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “PMP.youth” adlı layihə həyata keçirib.

Layihədə layihə idarəetməsi üzrə təcrübəsi olan 30 gənc iştirak edib. Layihə çərçivəsində təlimlər 2026-cı ilin birinci rübündə keçirilib və dörd həftə davam edib.

Layihənin əsas məqsədi iştirakçıların mövcud bilik və təcrübələrini inkişaf etdirmək, layihələrin planlaşdırılması və icrasına daha sistemli yanaşmalarını dəstəkləmək olub. Təlim proqramı gənclərin vaxt və resursların idarə olunması, komanda işinin təşkili və nəticələrin qiymətləndirilməsi üzrə bacarıqlarının gücləndirilməsinə yönəlib.

“PMP.youth” GSM-in gənclərin peşəkar inkişafına dəstək göstərmək və onların layihə idarəetməsi sahəsində potensialını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslərdən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki