Güləş millimizin məşqçisi vəfat etdi

Güləş millimizin məşqçisi vəfat etdibackend

Azərbaycan güləş ictimaiyyəti itki ilə üzləşib.

Busaat.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi, xüsusən, qadın güləşinin inkişafında pay sahibi olan İ.Hüseynov uzun illər qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərib.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90