GÜNÜN QOROSKOPU- 13 OKTYABR

GÜNÜN QOROSKOPU- 13 OKTYABRbackend

Busaat.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – bədxərclik etməyin. Yaxınlarınızla münasibətləri stabilləşdirin. Ailə üzvlərinə adi günlərlə müqayisədə daha çox vaxt ayırın. Onların ehtiyaclarından, istəklərindən hali olun. Məişət qayğılarını vaxtında həll edin. Axşam saatlarında normal istirahət edin.

Buğa – hadisələrin məcrası bəzi maraqlarınızın təminatının ertələnməsini tələb edir. İşgüzar aktivlik səviyyəniz artmalıdır. Yeni layihələrə fəal başlayın, sifarişləri unutmayın. Vədlərinizi yerinə yetirin.

Əkizlər – daha çox gəlir istəyi ənənəvi çərçivələrin dağıdılmasına səbəb olmamalıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sayğını və etikanı unutmayın.

Xərçəng – sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edə bilərsiniz. Mənasız utancaqlıq zərərlidir. Ailə üzvlərinin qayğısına qalın.

Şir – fəndgir olun, real hədəfləri illüziyalardan ayırın. Günün cari məsələlərini həll edin. Aktiv çalışsanız, tərəfdaşlarınız zəhmətinizi dəyərləndirəcəklər. Diplomat olun, ünsiyyətdə qayğıkeş insan təsiri bağışlayın.

Qız – danışıqlar və sövdələşmələrdə gərginliyi azaldın. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləriniz səmimi olsun. Sərt dəyişikliklərə heç bir lüzum yoxdur. Sevdiyiniz insanın yanınızda olması hisslərinizi daha parlaq edə bilər.

Tərəzi – hər düşündüyünü deyən insanı səmimi adlandırmaq çox çətindir. Danışanda qarşınızdakı insanın reaksiyasını təxminləməyə çalşıın. Fəsadları və sonucları düşünün. Mövqelərinizi qorumaq üçün soyuqqanlı davranmalısınız.

Əqrəb – aramla çalışın, sakitliyi çılğınlığa çevirməyin. Sizə təsir edən amilləri hesablamağa çalışın. Bəyənmədiyiniz insanı aşağılamayın. Axşam saatlarında gəzintiyə çıxın, səhhətinizin qayğısına qalın.

Oxatan – məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir. Perspektiv sizi narahat etməsin. Yaşam arealını qaydaya salın, proseslərə təkan verin. Problemlərin həllinə rasional yanaşın.

Oğlaq – hər şeydən bir az bilməkdənsə, bir sahənin mütəxəssisi, peşəkarı olmaq daha yaxşıdır. Hadisələr aktiv iştirakınızı tələb edir. Münasibətlər plana uyğun inkişaf edirsə, yaxınlarınızla təmaslarda rəvanlıq bərqərar olacaq.

Dolça – çətin və spesifik məsələlərin həlli üçün yaxşı zamandır. Süni məhdudiyyətləri unudun, eqoist davranmayın. Yalnız özünüzə diqqət verməyin. Belədə, gerçəkdən də, dəyərli ideyanı reallaşdıra bilərsiniz.

Balıqlar – avandanlıq və texnika ilə çalışanda təhlükəsizlik qaydalarını unutmayın. Ailə üzvləri sizi dəstəkləyəcək, işlərinizdə iştirak edəcəklər. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. / Milli.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90