Gürcüstanda virusa yoluxmada yeni rekord – Qonşu ölkələrdə son vəziyyət

Gürcüstanda virusa yoluxmada yeni rekord – Qonşu ölkələrdə son vəziyyətbackend

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

Busaat.az  “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 193 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 3695-ə çatıb.

Ölkədə xəstəlikdən 20 nəfər vəfat edib. 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 534-dür.

Rusiyada isə son bir gündə 6 196 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 71 pasiyent ölüb, 2 616 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

Ermənistanda daha 121 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib.

Bununla da ölkədə koronavirusdan  ölüm sayı 946-ya çatıb.

Ümumilikdə 47 552 koronavirusa yoluxma qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90