Hakim PSJ-nin futbolçularını təhqir edib

image-psjbackend

Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” – PSJ matçında hakim Byorn Kuypers Paris klubunun futbolçuları Leanardo Paradesi və Marko Verattini təhqir edib.

Busaat.az xəbər verir ki, bunu “RMC Sport”a açıqlamasında Marko Veratti özü və komanda yoldaşı Andre Errera deyib. “Biz hakimlərə hörmətlə yanaşırıq. Amma bu axşam hakim Paradesi təhqir etdi. Biz həmin ifadələri işlətsəydik, 3-4 oyunluq cəzalanardıq” – deyə Errera bildirib.

Veratti isə həmin vaxt yaşananları belə şərh edib: “Hakim məni söydü. Hakimlərlə çox danışıram. Amma heç vaxt onları təhqir etməmişəm. Belə şeylər söyləsəydim, 10 oyunluq cəza alardım”.

Qeyd edək ki, PSJ iki oyunun cəmində “şəhərlilər”ə 1:4 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90