Həbs edilən Eldar Həsənov işdən belə çıxarılıb… – “Dedim ki, şələ-şüləni yığ…” / VİDEO

Həbs edilən Eldar Həsənov işdən belə çıxarılıb… – “Dedim ki, şələ-şüləni yığ…” / VİDEObackend

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı DTX yaydığı məlumatd deyilir:

“Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Qeyd edək ki, Azərbaycanın keçmiş Daxili işlər naziri, mərhum İsgəndər Həmidov bir müddət öncə müsahiblərinin birində Eldar Həsənovu necə işdən çıxarmasından danışmışdı.

Daha ətraflı videodan izləyin:

https://youtu.be/wQFF6yKFf94

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90