Həbs olunan iki icra başçısının həbs müddəti uzadıldı

image-namiqbackend

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan iki icra başçısının həbs müddəti uzadılıb.

Busaat.az  xəbər verir ki, Səbail rayon məhkəməsi ötən il dekabrın 7-də saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun həbsdə qalma müddətini 3 ay uzadıb.

2020-ci il avqustun 19-da həbs edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da Binəqədi rayon Məhkəməsinin qərarı ilə daha 3 ay dəmir barmaqlıqlar arxasında qalacaq.

Onlar rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və mənimsəmədə ittiham edilirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90