Həftə sonları əksər xidmət və iaşə obyektlərinin fəaliyyəti qadağan edilib

Həftə sonları əksər xidmət və iaşə obyektlərinin fəaliyyəti qadağan edilibbackend

Bu gündən etibarən həftənin şənbə və bazar günləri bir çox iaşə və xidmət obyektlərinin yerində xidmət göstərilməsi qadağan edilir.

 

Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin müddətinin uzadılması ilə bağlı qərarında qeyd edilib.

 

Qərarda bildirilir ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

 

Qaydalara əməl etməyən şəxslər qanunvericiliyə görə məsuliyyətə cəlb ediləcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90