“Həmin video Gəncədə çəkilməyib, onu yayanlar axtarılır” – DİN

“Həmin video Gəncədə çəkilməyib, onu yayanlar axtarılır” – DİNbackend

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və bir kişinin dua oxuyaraq İsrail bayrağını yandırmasını əks etdirən videonun Gəncədə çəkilməsi barədə iddialara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanda belə fakt olmayıb:

“Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyatı yoxdur.

Həmin videogörüntünü təxribat məqsədi ilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən birlikdə araşdırma aparılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90