Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 631 $▲0.81%
  • Ethereum1 807 $▲2.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hər 5 nəfərdən biri iş yerində zorakılığa və təzyiqə məruz qalır - ARAŞDIRMA

image-is-yeri-sorunlari-1024x512
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada hər 5 nəfərdən ən azı birinin iş yerində zorakılıq və təzyiqə məruz qaldığını açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumat BƏT-in hazırladığı, 121 ölkədən 15 yaşdan yuxarı təxminən 75 min əməkdaşın sorğulandığı “İş yerində zorakılıq və təcavüz təcrübələri: Birinci Qlobal Sorğu” adlı hesabatda yer alıb.

Hesabatda hər 5 işçidən ən azı birinin (təxminən 23 faiz) iş yerində fiziki, psixoloji və cinsi zorakılıq və ya təcavüzə məruz qaldığı bildirilib.

Müsahibədə iştirak edən kişi və qadın işçilərin 17,9 faizi psixoloji zorakılığa və təzyiqə məruz qalıb.

İşçilərin 8,5 faizi fiziki zorakılığa və təcavüzə məruz qaldığı halda, kişi işçilər bu vəziyyəti daha çox yaşayıb.

Hesabatda rəyi alınan işçilərin 6,3 faizi, xüsusən də qadınlar cinsi zorakılığa və təcavüzə məruz qalıb.

İş yerində zorakılıq və təqib halları ən çox ABŞ-da qeydə alınıb. İkinci yerdə isə Afrika olub.

BƏT-in İdarəetmə, Hüquqlar və Dialoq üzrə Baş Direktorunun köməkçisi Manuela Tomei hesabatı şərh edərək deyib: “İnsanların iş yerlərində bir dəfə deyil, bir neçə dəfə zorakılıq və təzyiqə məruz qaldıqlarını bilmək çox ağrılıdır”.

Tomei əlavə edib: “Ölkələr arasında psixoloji zorakılıq və təcavüz çox yayılmışdır və xüsusilə qadınlar cinsi zorakılığa məruz qalırlar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92980