Hərbi dəniz qüvvələri Venesuelaya daxil oldu

image-5eaf4ba6-fcaf-4358-9961-55ac629d07a5backend

Şimal Donanmasının dəniz zərbə qrupu Venesuela limanına daxil olub.

Busaat.az xəbər verir ki, bu barədə Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Şimal Donanmasının gəmi dəstəsi Venesuelanın şimalında yerləşən La Quayra əyalətinin limanına daxil olub.

Rusiya hərbi gəmiləri qrupuna Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının Əməliyyatlar rəisi, vitse-admiral Mixail Neupokoyev rəhbərlik edir.

Gəmilərin dəstəsi Kazan nüvə sualtı qayığı, “Admiral Qorşkov” freqatı , xilasedici “Nikolay Çiker” və təchizat tankeri “Akademik Paşin”dən ibarətdir.

Qeyd olunur ki, gəmilər dayanacaqda bir neçə gün qalacaq vəq daha sonra səfərə davam edəcək.

Bildirilib ki, məqsəd Rusiya Hərbi Dəniz Qüvvələrinin Atlantik okeanında bayrağını nümayiş etdirmək və mövcudluğunu təmin etməkdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki