Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldübackend

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Bu barədə Busaat.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90