Hikmət Hacıyev cəbhədəki son vəziyyətdən danışıbbackend

“Cəbhə xəttində vəziyyət yenə də gərgin olaraq qalmaqda davam edir. Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın təxribatlarına qarşı əks-hücum və əks-həmlə əməliyyatları həyata keçirilməkdədir”.

 

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin hədəfə alınması davam edir:

 

“Hətta Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisinə iki raket atılıb. Artıq Azərbaycanın işğal olunmuş ərazilərindən deyil, Ermənistanın öz ərazisindən Azərbaycan torpaqlarına, Silahlı Qüvvələrimizə və mülki əhalimizə qarşı hücumlar həyata keçirilir. Bu hücumlar məqsədli olaraq Ermənistan silahlı qüvvələri tərəfindən ağır artileriyadan istifadə olunmaqla həyata keçirilir. Bunu da biz hərbi cinayət olaraq qiymətləndiririk”.

 

H.Hacıyev qeyd edib ki, ancaq Ermənistandan fərqli olaraq Azərbaycan mülki, sivil insanlara qarşı müharibə aparmır.