Hulusi Akar Zakir Həsənovla Elçin Quliyevə zəng etdi

image-hulusi-akar-dan-celp-ve-terhislere-iliskin-aciklama-740531-5backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə zəng edib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar telefon danışığı zamanı tərəflərə Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb.

Türkiyəli nazir qəza zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Bununla yanaşı, H. Akar Azərbaycan xalqına başsağlığı verib və həlak olanların ailəsinə səbr diləyib.

Həmçinin oxuyun:

SON DƏQİQƏ: DƏHŞƏTLİ XƏBƏR – Helikopterdə olan 14 zabitimizin HAMISI ÖLÜB – ADLAR
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90