İcra başçısı haqqında şok iddia: 25 faizi mənimdir

image-terterbackend

44 günlük Vətən müharibəsi zamanı erməni ordusu mütamadi olaraq Tərtər rayonunu və kəndlərini ağır artilleriyadan atəçə tuturdu. Alp.az  xəbər verir ki, ümümilikdə 44 günlük müharibə zamanı Tərtərdə 163 ev və 5 inzibati binaya ciddi ziyan dəyib.

Hadisə nəticəsində ziyan çəkən evlərin statistikası aşağıdakı kimidir:

Tərtər şəhərində – 23 ev
Ağkənd kəndində – 5 ev
Şıxarx qəsəbəsində – 13 ev
Azad Qaraqoyunlu – 2 ev
Düyərli kəndində – 2 ev
Qapanlı kəndində – 54 ev
Yuxarı Qaradağlı kəndində – 37 ev
Qarağacı kəndində – 23 ev
Seyidimli kəndində – 1 ev
Qaynaq kəndində – 3 ev

Artilleriya zərbələri zamanı 24 ev tamamilə dağılıb, 34 evə ağır və orta dərəcəli, qalan evlərə isə qismən ziyan dəyib.

Bundan başqa, ermənilərin Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutması nəticəsində Tərtərin Yuxarı Qapanlı və Qapanlı kəndlərinin tibb məntəqələri, Qapanlı və Qarağacı kəndlərinin orta məktəbləri, Qazyan kəndinin isə körpələr evi-uşaq bağçası yararsız vəziyyətə düşüb.
Bu reallıqdır. Dövlət dağılmız evlərin bərpası və yenidən tikilməsi üçün vısait ayırıb. Amma bu vəsait vətəndaşa çatırmı?
Son günlər Tərtərin icra başçısı Müstəqim Məmmədovun evləri dağılmış rayon sakinləri qarşısında şərtə qoyması haqqında social mediada xəbərlər yayılır. Bununla bağölı hüqüqşunas Mehman Muradlı öz social şəbəkə hesabından belə yazıb.

“Tərtərdə evləri dağılmış sakinlərə şad xəbər veriblər ki, evlərinizin bərpası üçün ödənişlər gəlib və kartları gedib icra hakimiyyətindən götürə bilərlər. Kartlar da icra başçısı Müstəqim Məmmədovdadır. Onun da şərti belə olub ki, 25 faizi sizin, 75 faizi mənim .”

image-screenshot
Yəqin ki, Müstəqim Məmmədov və yaxud Tərtər rayon icra hakimiyyəti səslənən ittihamla bağlı cavab verəcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90