İcra başçısı xanımını və müavinini də koronavirusa yoluxdurdu (FOTO)backend

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.

Xatırladaq ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də koronavirus (COVİD-19) infeksiyasına yoluxub.