İcra başçısından şok tapşırıq: “Əhaliyə su verməyin…”

image-neftcalaicrabackend

Neftçala sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb.

Alp.az-a müraciət edən Neftçala rayon Z.Məcidov küçəsində yaşayan Xəyalə Salamova rayon əhalisinin susuz qaldığını bildirib. Şikayətçi bildirir ki, Xəzərin suyunun Kür çayına çatması, həmçinin artezanların quruması Neftçala rayonunda ciddi böhran yaradıb. Şikayətçi bildirir ki, artıq Neftçalada vəziyyət nəzarətdən çıxıb: “ Son vaxtlara qədər içməli suyu maşınlar vasitəsilə gətirirdik. Lakin icra başçısı Mirhəsən Seyidov qeyri-rəsmi tapşırıq verib ki, su maşınları əhaliyə su gətirməsin. Bunu onunla izah edirlər ki, su maşınlarının sayı azdır və bu su maşınları yalnız həyatı vacib obyektlərə su çatdırmaqla məşğuldur. Bir sözlə insanlar Neftçalada yezit müsibətini yaşayır. Artıq 5 gündür ki, əhali şor su qaynadaraq içir. Bu dəhşətli mənzərədir. İcra başçısına bir neçə dəfə müraciət etsək də heç bir iş görülmür. Bizə yardım edin” –deyə Xəyalə Salamova əlaqədar təşkilatlardan və Azərbaycan mətbuatından yardım istəyir…

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90