İcra başçısının lider namizəd olduğu dairədə bir məntəqənin nəticələri ləğv edildi

İcra başçısının lider namizəd olduğu dairədə bir məntəqənin nəticələri ləğv edildibackend

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.

Busaat.az-ın məlumatına görə, bu barədə MSK-nın iclasında qurumun üzvü Tofiq Həsənov bildirib.

O qeyd edib ki, həmin seçki dairəsinin 16 saylı məntəqəsində qanun pozuntularının olması müəyyənləşib.

MSK qərara alıb ki, 123 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin nəticələri ləğv edilsin.

Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Aqil Məmmədovdur. O, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.

Qeyd edək ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin yeddi seçki məntəqəsinin nəticəsi etibarsız hesab olunmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90