Azərbaycanda icra başçısının müavinləri tutulub? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda icra başçısının müavinləri tutulub? – RƏSMİ AÇIQLAMAbackend

Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.

Yenicag.az-ın məlumatına görə, qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

“İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90