İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir – FOTO

İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir – FOTObackend

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqovanın bacısı məktəb direktorudur.

 

Busaat.az-ın xəbərinə görə, onun bacısı Aytəkin Mahmudovadır.

 

A.Mahmudova Neftçalada Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın direktorudur.

 

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar. (oxu.az)

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90