İDDO harada və kimlərə tətbiq edilir ?

image-4b83980f-9555-42ca-a99f-33c7cc157417backend

Hər bir cəmiyyətin əsas məqsədi öz gələcəyini təmin edəcək uşaqlığın təməl inkişafını təmin etməkdir. Bu günki müsahibimiz İDDO proqramının Azərbaycan bölməsinin direktoru Fatimə Novruzova İDDO proqramının nə üçün olduğu haqqında bizim sualları  cavablandıracaqdır.

 

Bu gün cəmiyyətə yeni təqdim edilən İDDO proqramının tətbiq sahələri haradır?

Sizin vurğuladığınız kimi cəmiyyətin inkişafı əsas məqsədimizdir. Bu gün cəmiyyətdə bir çox psixoloji proqramlar olsa da “İDDO” bunlardan fərqlənir. Belə ki, “İDDO” proqramı qurularkən bir neçə əsas məqam diqqətə alınmışdır. İlk olaraq bunu diqqətə çatdırmaq istəyirəm ki, bu proqram hər kəs üçündür. Tipik və atipik uşaq, yeniyetmə və böyüklər üçün nəzərdə tutulmuşdur.

Bu proqramın təməli müasir dövr psixologiyasına əsaslanır. Biz fərdin özünü dərk etməsi, psixi və fiziki olaraq inkişafı, həmçinin sağlamlığının düzgün şəkildə təmin etmək üçün yaradılmış bir sistemdən bəhs edirik.

“İDDO” psixoloji inkişaf proqramı olaraq iddoçunun psixi inkişaf sistemini təmin etməyə köklənmişdir. Fərdin psixikasının sağlam təməllər üzərində inkişafı önəmlidir. Bu proqramın tətbiqi fərdin yaş psixologiyası və psixi inkişafı əsasında aparılır.

Keçən müsabiqəmdə də bəhs etdiyim kimi “İDDO” proqramı ən son texnologiya və bacarıqlarla sıx əlaqədə olan bir sistemdir. Onun inkişafını təmin etmək üçün daima yeni layihələr üzərində işlənilir. Sadəcə işlənilmir, həmçinin təqdim edilir. Elmi araşdırılmaların aparılması isə “İDDO” proqramının inkişafına əsaslı təkan verir.

Bizim üçün psixiki sağlamlıq əsas olduğu üçün iddoçu ilə yanaşı, onun ətrafı və ona təsir edəcək şəxslərlə də işlər görülür. Belə ki, uşaqlarla yanaşı onların valideynləri də diqqət mərkəzində saxlanılır və onların ortaq zövqlərinin tapılması üzərində  işlər aparılır.

 

Bildiyim qədəri ilə siz proqramı artıq uşaq baxçalarında tətbiq edirsiz. Bu baxçalarda İDDO proqramına qoşulan uşaqlar haqqında nə demək olar?

Bəli, İDDO proqramı artıq 5 baxçada tətbiq olur. Bunlardan biri də Şirinbala uşaq baxçasıdır. Bu proqram artıq bir ildir ki, bu baxçada tətbiq edilir. Bu bir il ərzində bir çox işlər görə bildik. Belə ki, müxtəlif və çoxsaylı qrup terapiyaları, həmçinin konsultasiyalar keçirdik. Valideynlərlə marifləndirici söhbətlər apardıq. Uşaqları İDDO testindən keçirdik. Övladlarının gələcəyini düşününən bir çox valideyn proqramdan yararlanmağa üstünlük verirlər.

Proqram çərçivəsində uşaqlarla bir yönlü deyil, çoxyönlü məşğul olunduğu üçün uşaqlarda gedən inkişaf həm sürətli, həm də çoxyönlü olur. “İDDO” proqramı çərçivəsində uşaqlarla 5 mərhələləli formada məşğul olunur. Art, əmək, psixopedaqoq, idman və loqoped kimi mərhələlərdən təşkil olunan bu sistem uşaqların bir şəxsiyyət kimi formalaşması üçün yaradılan ideal bir proqramdır.

Uşaqlar da düzgün psixi inkişafın formalaşması nəticəsində, uşaqların məktəbə qəbul imtahanı verən zaman çox yüksək nəticələrlə öz nailiyyətlərini müvəffəqiyyətlə əldə etdilər. “İDDO” proqramında tətbiq olunan özgüvənin formalaşması və düzgün motivin yaradılması sayəsində böyük uğurlar əldə edilir. Məhz bu uşaqların öz uğurlarının başlanğıcıdır, əldə edəcəkləri davamlı uğurları isə hələ qabaqdadır. Bütün bunlar düzgün tədqiqatların, individual yanaşmanın, peşəkar mütəxəssislərin və övladlarının gələcəyini düşünən valideynlərin birgə fəaliyyətinin nəticəsidir.

 

İDDO proqramının nə kimi standartları var?

“İDDO” proqramı psixologiya mərkəzlərində, baxçalarda, məktəblərdə, nitq mərkəzlərində və bunun kimi təşkilat və ya birliklərdə tətbiq edilir. Bu proqram sayəsində cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirilməsi üçün çalışırıq. Bu səbəbdən də “İDDO” proqramı tətbiq edilən mərkəz mütləq ki, inkişafa meyilli və yeniliyə açıq olmalıdır. Övladlarının psixi sağlamlığını düşünən və onların uğurlu olmasını istəyən, anlayışlı valideynlərin toplandığı baxçada işləmək sadəcə bizə zövq verir.

Nəzərə alsaq ki, bir fərdin formalaşmasının ilkin təməli baxçada qoyulur, elə məhz  Şirin bala uşaq baxçası da, uşaqların düzgün inkişafı üçün ideal şəraiti ilə onların formalaşmasına təkan verir. Şirin bala baxçasının dəyərli kollektivi, peşəkar müəllimləri və uşaqların inkişafı üçün yaradılmış mühit də burada öz sözünü deyir.

“İDDO” proqramının standartının əsası şəxsiyyət yetişdirməkdir. Şəxsiyyət kimi formalaşdırdığımız fərd özgüvənli, özünü rahatca təqdim edən, yeni nailiyyətləri əldə edən, daxili bacarıqlarını ortaya çıxaran şəxslərdir. İnkişaf meyilli bir həyatın pillələri “İDDO” proqramı sayəsində sağlam təməllərlə qurulur.

 

Hal hazırda valideynlərin sizə yanaşması necədir?

Valideynlərin bizə yanaşmasını hal-hazırda qənaətbəxş olaraq dəyərləndirə bilmirik. Bəzi valideynlərlə çaxnaşma içərisindəyik. Bunun təməlində isə “İDDO” proqramının istəkləri ilə valideynlərin istəklərinin ortaq məxrəcdə birləşməməsidir.

“İDDO” proqramı fərdin öz qabiliyyətlərinin üzə çıxarmasına önəm verdiyi halda bəzi valideynlər öz istədiklərini uşağa yeritməyə çalışır. Bu isə təbii ki, həm mütəxəssis, həm də uşaq üçün çətinliklərə səbəb olur. Valideynlər uşaqlarının uğur qazanmasını ilk plana qoysalar hər şey daha rahat ola bilər. Valideynlər öz komfort zonasından çıxmadıqları üçün bunu öz övladlarına da etməyə çalışırlar. Bunu bilərək etmədikləri üçün də bu bəzən qalmaqallara səbəb ola bilir.

Övladının şəxsiyyət olaraq yetişməsini istəyən hər bir valideyn “İDDO” proqramına uşaqlarını rahatlıqla həvalə edir. Bizim üçün valideynlərin maariflənməsi önəmlidir və bu istiqamətdə müəyyən addımlarımız da vardır. Valideynləri də bu prosesin içərisinə daxil edərək, onların da maariflənməsinə və azad olmasına imkan yaradırıq. Belə ki, İDDO proqramı çərçivəsində anaların maariflənməsi üçün seminar və təlimlər təşkil edilir. Bu cür təlimlərə isə istənilən valideyn qatıla bilər.

 

İDDO proqramında hansı yeniliklər gözlənilir?

“İDDO” komandası olaraq bir il ərzində bir çox nailiyyətlər əldə etdiyimizi nəzərə alsaq, yaxın gələcəkdə tam fərqli üslubda və yeni layihələr ilə qarşınızda olacayıq. Bizim üçün önəmli olan müasir dövrlə ayaqlaşmaq və müasir cəmiyyətin formalaşmasında öz yerini tutmaqdır. Yəni müasir psixologiyanın əsas qolu olmaq və psixoloji inkişaf proqramı kimi bir nömrə olaraq dünyada tanınmaqdır. Məhz bizim daima yeni metodlar və təkmilləşmiş mütəxəssislərlə işləməyimizin səbəbi də bundan qaynaqlanır. Hal hazırda “İDDO” proqramının dünyaya yayılması üçün əlimizdən gələni edirik. Hazırda proqram üzrə elmi tədqiqatlar aparılır və bu tədqiqatlara Almaniyanın tanınmış universitetləri, APA (Amerika Psixoloqlar Assosiasiyası) kimi yerlərdə elmi məqalələr üzərindən müzakirələr aparılır.

Dünyanın bir sıra nüfuzlu universitetlərlə də hal-hazırda danışıqlar aparılır ki, bu sırada Sigmund Freud Universiteti, Carl Von Ossietzky Universiteti, Oldenburg və Ludwig Mximilians Universitetinin adını xüsusi ilə qeyd edə bilərik. Daima yeniliklər və fərqliliklərin axtarışında olduğumuzdan yaxın gələcəkdə fərqli layihələrlə “İDDO” komandası olaraq adımızdan söz etdirəcəyimizə də əminəm.

 

Valideynlərin öz övladlarının gələcəkdə sağlam psixikaya sahib olması üçün onlara nə tövsiyə edərsiniz?

Bu məqam çox incə və həssas məqamdır. Bir çox valideyn övladlarını deyil də öz eqolarını qidalandırmaq üçün çalışırlar ki, bu zaman uşaqlarına vurduqları psixi travmaların dərinliklərini anlamırlar. Bu zaman isə sadəcə cəmiyyət üçün ən əsası isə özləri üçün bir fəlakət hazırladıqlarından xəbərsiz olurlar.

Valideynlərə sadəcə tövsiyəm budur ki, övladlarına güvənsinlər. Onlarda qüsur deyil də bacarıq axtarsınlar. Yaradılmış hər bir varlığın öz fərdiyyəti vardır ki, bunu anladıqda cəmiyyətə və özümüzə yararlı oluruq.

Gələcəyimiz üçün valideynlərin ən əsası anaların mariflənməsi vacibdir. Hörmətli analar, bizim komandaya qoşularaq sizin üçün təşkil edilmiş təlimlərdə iştirak edib maariflənə bilərsiniz.

image-d75c36c1-bd48-46b4-b393-1070a25145b3image-492fe613-e947-4ecd-bb9e-a8fc8e2d01e4image-76da66b4-4b56-4fc4-96c3-6a9d0263ba6dimage-d8f9d8b3-9519-42a1-a5b3-3f09994aeffd

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90