III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq

III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaqbackend

“Azərbaycanın iqtisadi bölgüsü ilə bağlı yeni xəritələr hazırlanıb. Ona görə də, həmin faktlar coğrafiya fənni üzrə builki qəbul imtahanında öz əksini tapacaq”.

Busaat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkədə canlı yayımda bildirib.

“Keçən il pandemiyanın təsiri əsasında bütün fənlərdə müəyyən dəyişikliklər etmişdik ki, daha asan olsun. Xüsusən coğrafiya üzrə qəbul proqramı çox asan idi. Biz xəritələri qısa vaxtda dəyişə bilməzdik, belə qərar gəlmişdik ki, keçən ilki imtahanda Azərbaycanın iqtisadi bölgüsü ilə bağlı suallar salmayaq. Lakin artıq bir il keçib, yeni xəritələr hazırlanıb. Təhsil Nazirliyi də bununla bağlı iş görür və bu xəritələr ictimaiyyətə təqdim olunacaq. Biz də bu faktları yeni proqramda əks etdirəcəyik. Bizim abituriyentlər bu tarixi yaşayıblar, onu bilirlər. Bu o deməkdir ki, onların bununla bağlı bilikləri artıq var”.

M. Abbaszadə, həmçinin III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklərin bu qrupda müsabiqə vəziyyətinə təsirini açıqlayıb. O qeyd edib ki, III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.

“III qrupda gərginlik aşağı düşəcək, 300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90