İki helikopter, BTR, demək olar… – Dilqəm Əsgərov necə girov götürülməsindən danışdı

İki helikopter, BTR, demək olar… – Dilqəm Əsgərov necə girov götürülməsindən danışdıbackend

“Yoldaşımız Həsənin cəsədinin qaytarılmasını bilmirdim. Orada bizi mühasirəyə alana qədər hər şey aydın deyildi. Sonradan bildim”.

Busaat.az xəbər verir ki, bunu 6 il erməni girovluğunda qalmış Dilqəm Əsgərov deyib.

O bildirib ki, Həsən olmadan Kəlbəcəri 4 gün dövrə vurdum: “Həsənsiz Kəlbəcəri dövrə vurdum. Ancaq ondan narahat idim. Çünki o, oraları yaxşı tanımırdı. Mən həmin əraziyə gəldim. Ermənilər məni gördülər. 7 gülləm qalmışdı. Qətiyyən əsir düşmək istəmirdim. Çünki oraları mən illərdir gəzirdim. Ancaq iki helikopter, BTR, demək olar ki, bütün Ermənistan orada idi. Məni mühasirəyə aldılar. Yaralı olduğum üçün müqavimət göstərə bilmədim. Sonra Qırmızı Xaç Komitəsi ilə danışdıq. Onlara yalandan dedim ki, 4 nəfər gəlmişik. Ancaq onlar mənə hər şeyi dedilər. Bildirdilər ki, Şahbaz əsir götürülub, Dilqəm isə vurulub”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90