İkinci dozadan sonra temperaturum 37.2 dərəcəyə qalxdı – Vladimir Putin

image-vladimir_putinbackend

Rusiya Prezidenti Vladimir Putin ölkə istehsalı “Sputnik V” vaksini ilə peyvənd olunub.

Busaat.az xəbər verir ki, bu barədə Putin “Birbaşa xətt”də jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

“İlk saatlarda heç nə hiss etmədim, dörd saatdan sonra inyeksiya yerində həssaslıq yarandı. İkinci dozadan sonra temperaturum 37.2 dərəcəyə qalxdı. Yatdım, oyananda 36.6 dərəcə idi”, – deyə Rusiya lideri bildirib.

V. Putin koronavirusa qarşı hansı vaksinlə peyvənd olunması ilə bağlı bu günə qədər niyə rəsmi məlumat verilmədiyini belə şərh edib: “Bir peyvəndin digərlərinə qarşı hər hansı bir rəqabət üstünlüyü yaratmaq istəmədim”.

O, sosial şəbəkələrə vaksinasiyadan keçməsinə dair görüntülər yerləşdirməyin heç bir mənası olmadığını vurğulayıb.

“Və bunu qola deyil, başqa bir yerə vursaydılar, yenə də göstərmək lazım idi?”, – deyə Vladimir Putin sözlərinə əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90