İlham Əliyev Samir Nuriyevə yeni vəzifə verdi

İlham Əliyev Samir Nuriyevə yeni vəzifə verdibackend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Busaat.az xəbər verir ki, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.

 

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

 

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Daxili İşlər naziri

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

 

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90