İlham Əliyev Türkiyəyə səfər edəcək

image-erdoghanbackend

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfər mayın 14-nə planlaşdırılıb.

Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin hava limanının açılışında iştirak edəcəyi bildirilib.

Məlumata görə, hava limanına ilk enişi R.T.Ərdoğan və İlham Əliyevin təyyarələri edəcək. Daha sonra Rizə-Artvin aeroportunun rəsmi açılış mərasimi keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90