“İlham Əliyev uzun illərdir ki, işğal edilən əraziləri nəzarətinə götürəcəyini deyir” – Sergey Markedonov

“İlham Əliyev uzun illərdir ki, işğal edilən əraziləri nəzarətinə götürəcəyini deyir” – Sergey Markedonovbackend

“İranın Qarabağda öz vasitəçilik təcrübəsi var. Bunun şou üçün edildiyini düşünmürəm. Qarabağ münaqişəsinin tənzimlənməsi üçün sülh razılaşmasına ilk cəhd hələ 1992-ci ilin mayında Tehran tərəfindən edildi. ATƏT-in Minsk qrupu o zaman yalnız formalaşma, hədəf və vəzifələrin müəyyənləşdirilməsi mərhələsində idi. Hətta Rusiya, ABŞ və Avropa ölkələri vasitəçilik baxımından o qədər də fəal deyildilər”.

Busaat.az xəbər verir ki, bu sözləri MQIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, “International Analytics” jurnalının baş redaktoru Sergey Markedonov erməni jurnalistinin “İran Qarabağ probleminin həlli üçün öz planını təklif etdi. Bu nə dərəcədə ciddidir? Tehran ciddi şəkildə uğur qazanmağı planlaşdırır, yoxsa bu sırf şou üçün edilir?” sualına cavab verərkən deyib.

Onun fikrincə, İran vasitəçilikdə qabaqcıllardan biri kimi çıxış edib, lakin sonra kölgəyə çəkinib:

“Ancaq ümumiyyətlə, bu münaqişəni heç vaxt diqqətsiz buraxmayıb. İranlılar vurğulamağı sevirlər, çünki həm Ermənistan, həm də Azərbaycanla digər qonşu ölkələrin hamısından daha böyük sərhədləri var. İranın daxilində çox sayda azərbaycanlı olduğu halda o qədər də erməni yoxdur. Tehran sülhün bərqərar olmasına çalışır”.

Politoloq müsahibəsində Moskva ilə İrəvanın bir çox ortaq nöqtələri haqda da danışıb:

“Ancaq Qarabağdakı münaqişə baxışında tərəflərin müəyyən fikir ayrılıqları var. Yəni hər hansı bir erməni üçün (siyasi, ictimai prosesdə iştirak edən ermənini nəzərdə tuturam) Qarabağ, Ermənistan və işğal edilən 7 rayon arasında heç bir əsaslı fərq yoxdur.  Rusiyada isə belə düşünmürlər”.

Sergey Markedonov Azərbaycan-Türkiyə tandemindən də söz açıb:

“Ermənistanda Azərbaycana daha çox Türkiyənin kiçik tərəfdaşı kimi baxırlar. Moskva isə hesab edir ki, İlham Əliyevin müəyyən resursları var və daha iddialı bir siyasətçidir. Əliyev uzun illərdir ki, deyir ki, işğal edilən əraziləri nəzarətinə götürəcək. Ərdoğanla ünsiyyət onu müharibə aparmağa təhrik etməyib. Çünki, torpaqların işğaldan azad edilməsi Azərbaycan siyasətində milli strateji bir hədəfdir”.

“International Analytics” jurnalının baş redaktoru “26 ildir müzakirə olunan köhnə təmas xəttinin artıq mövcud olmadığını” deyib:

“Burada iki məqam var. Bir tərəfdən, ərazi konfiqurasiyasını dəyişdirən Azərbaycan onu sanki dəmir-betonla möhkəmləndirmək istəyir. Çünki danışıqlara gedərkən bu üstünlüyü əldə saxlamaq vacibdir. Digər tərəfdən, Ermənistan bir qarış torpağı əldən vermək istəmir və  danışıqlar masasına daha pis vəziyyətdə qayıtmaq fikrində deyil.  Hazırda bu məqam məni narahat edir. Buna görə də fikrimi ümumiləşdirəcəyəm. Barışıq perspektivinə şübhə ilə baxıram. Status-kvo köklü şəkildə dəyişməzsə, münaqişə dondurulacaq, ancaq bu, uzun müddət çəkməyəcək. Nəhayət, tərəflər danışıqlar masasına qayıdacaqlar”.

KONKRET.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90