İlham Əliyevlə Paşinyan sabah görüşəcəklər

İlham Əliyevlə Paşinyan sabah görüşəcəklərbackend

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Busaat.az  xəbər verir ki, bunu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

“Avropa Şurasının prezidenti sabah ilk olaraq Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək”, – deyə Aİ nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Ermənistan tərəfi də üçtərəfli görüşün sabah keçiriləcəyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki