İlk dəfə meymunlarda koronavirus aşkarlandı

İlk dəfə meymunlarda koronavirus aşkarlandıbackend

ABŞ-ın Kaliforniya ştatındakı San- Dieqo Safari Parkında 2 qorilla üzərində aparılan koronavirus testinin müsbət nəticələndiyi açıqlanıb.

Busaat.az  xəbər verir ki, 6 yanvarda heyvanlar öskürməyə başladıqdan sonra Kaliforniya Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi Laboratoriya Sistemi (CAHFS) tərəfindən “COVID-19” testi götürülüb.

Qorillalardan alınan nümunələr ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) bağlı Milli Baytarlıq Xidmətləri Laboratoriyalarına (NVSL) göndərilib.

8 yanvarda aparılan ilkin testlər nəticəsində məlum olub ki, ilk dəfə olaraq qorillalar koronavirusa yoluxub.

Hətta onlarda koronavirusun mutasiyaya uğramış yeni növü “SARS-CoV-2 2” də ortaya çıxıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90