İlk koronavirus peyvəndi necə təsir göstərəcək?

İlk koronavirus peyvəndi necə təsir göstərəcək?backend

Çinin alimləri “SARS-Cov-2”-nin genetik kodunu açıqladıqdan iki gün sonra ABŞ-ın Boston şəhərində yerləşən “Moderna” dərman şirkəti Covid-19-a qarşı “mRNA-1273” adlı potensial bir peyvənd hazırladıqlarını elan edib.

Busaat.az “TRT Haber”-ə istinadən xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutu nəzdində Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun  dəstəyi ilə hazırlanan peyvənd, yeni mRNA-1273 koronavirusun insan hüceyrəsinə girməsinə imkan verən “mismar zülalı” adlı fermenti zərərsizləşdirərək bədəndə toxunulmazlığı təmin etmək məqsədi daşıyır.

ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqləndikdən sonra, martın 17-si Vaşinqton ştatında peyvəndin ilk klinik sınaqları başlayıb.

Qeyd edək ki, “mRNA-1273” insanlarda sınaqdan keçirilmiş ilk “Covid-19” peyvəndi olaraq bilinir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90