Liz Trassın istefa səbəbləri açıqlandı – YENİLƏNİB

image-trassbackend

İngiltərənin yeni Baş naziri Liz Trass istefa verib. 

Busaat.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

Məlumatda Baş nazirin istefası ilə bağlı səbəblər açıqlanmayıb. Yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, Liz Trass cəmi iki aydır İngiltərənin Baş naziri vəzifəsinin icrasına başlayıb.

* *  * * * *

İngiltərə Baş naziri Liz Trass, 10 nömrəli Baş Nazirlik Ofisi qarşısında çıxış edərək, böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəldiyini, ailələrin və müəssisələrin borclarını necə ödəyəcəyindən narahat olduğunu qeyd edib.

Busaat.az xəbər verir ki, Trass bu problemləri həll etmək öhdəliklərini öz üzərinə götürdüyünü bildirib.

Ancaq indi Trass, mövcud vəziyyəti nəzərə alaraq bu vəzifəni yerinə yetirə bilməyəcəyini etiraf edib.

Trass istefa ərizəsini təqdim etmək üçün İngiltərə kralı III Çarlz ilə görüşdüyünü də bildirib.

Liz Trass gələn həftə partiya daxilində seçkilərin olacağını və yeni Baş nazir seçilənə qədər vəzifəsində qalacağını qeyd edib.
Xatırladaq ki, yeni Baş nazir uzun müddətdir ki, istefa verməsi üçün ciddi təzyiqlər altında idi.

Buna səbəb Trass hökumətinin vergi islahatları olub. Belə ki, hökumət sentyabrın 23-də ölkədə ümumi məbləği 45 milyard funt-sterlinq olan vergi endirimlərini tətbiq etməyə hazırlaşdığını açıqlayıb.

Bu vəziyyət ölkənin xarici borclanmasının artacağına dair gözləntiləri artırıb və sterlinqin kəskin ucuzlaşmasına səbəb olub. Hökumətin bu qtisadi planları sərt tənqidlərə səbəb olub. Tənqidlərdən sonra hökumət 45 faizlik gəlir vergisini ləğv etmək planından imtina edib.

Daha əvvəl dəfələrlə büdcənin tənzimlənməsi çərçivəsində vergilərin azaldılması planını dəstəkləyən Trass oktyabrın 14-də ictimai təzyiqə dözə bilməyib, Kvasi Kvartenqi maliyyə naziri vəzifəsindən uzaqlaşdırıb və yerinə Ceremi Hantı təyin edib.

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90