“İnter” prezidenti oyunçularından maaşla bağlı xahiş etdi

image-steven-zhang-2-scaledbackend

İtaliyanın vaxtından əvvəl çempionu olan “İnter” klubu ciddi maliyyə böhranı ilə üzləşib.

Busaat.Az xəbər verir ki, klubun çinli sahibi Can Kanyan futbolçularla görüşərək, onlardan iki aylıq maaşlarından imtina etməyi xahiş edib.

29 yaşlı klub prezidenti hesab edir ki, bu cür addım klubu çətin maliyyə situasiyasından çıxarmağa kömək edəcək. Hər bir futbolçu isə bu məsələdə qərar verməkdə müstəqildir.

Sözügedən görüşdə “İnter”in baş məşqçisi Antonio Konte iştirak etməyib. Ona görə də onun maaşının aşağı endirilib-endirilməyəcəyi bəlli deyil.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90