İpəkqurdunun sürfəsindən COVID-19 peyvəndi hazırlanırbackend

Yaponiyada ipəkqurdu sürfələrinin tərkibindəki protein COVID-19 əleyhinə peyvənd hazırlamaq üçün istifadə olunur.Busaat.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə layihə rəhbəri, Kyuşu Universitetinin professoru Takahiro Kusakabe bildirib.

Kusakabe layihə çərçivəsində külli miqdarda yüksək keyfiyyətli peyvənd ərsəyə gələ biləcəyinə inandığını deyib: “Belə bir peyvənd çox təsirli və ucuz başa gələ bilər. SARS-CoV-2 virusunun səthində çıxıntıvari zülallar var. İpəkqurdunun tərkibindəki proteinlər heyvan bədənində bu zülallara bənzər şəkildə formalaşır. Belə virus yalnız həşəratları yoluxdurur, insanlar üçün zərərli deyil. Bir neçə gün sonra ipəkqurdunun bədənində koronavirusun zülalına bənzər zülal yaranır”.

Professor qeyd edib ki, hazırda iki növ peyvənd hazırlayırlar: “Biri inyeksiya şəklində, digəri isə ağızdan tətbiq edilən formadadır”.