İran ABŞ və İngiltərə vaksinlərinə qadağa qoydu

İran ABŞ və İngiltərə vaksinlərinə qadağa qoydubackend

İran Böyük Britaniya və ABŞ-ın “COVID-19”a qarşı peyvəndlərini qadağan edib.

Busaat.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəyə dərman idxalı qadağandır. İndi İran müstəqil olaraq koronavirusa qarşı peyvəndlər hazırlayır. Birincisinin baharda olacağı, yaya qədər daha iki və ya üç dərmanın istehsalı planlaşdırılır.

Qeyd edək ki, İranda yerli “COVID-19” peyvəndinin insan üzərində tətbiqinə dekabrın 21-də start verilmişdi. Xamenei sözügedən vaksinin ona vurulmasına hazır olduğunu bildirmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90