İran Bəhreyndəki ABŞ Donanmasını hədəf aldı

image-raket-2backend
image-uzb_ads_desk

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bildirilir ki, bu addım ABŞ qüvvələrinin İranın cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

İran tərəfi ABŞ-nin Cask, Sirik və Qəşm bölgələrində “saxta bəhanələrlə” hücumlar etdiyini bildirib. Məlumata görə, Sirikdə iki su bazası və bir rabitə qülləsi zədələnib.

İran İnqilab Keşikçiləri Korpusu hücumun yerli vaxtla saat 02:30-da həyata keçirildiyini və Bəhreyndə ABŞ-nin 5-ci Donanmasının hədəf alındığını bildirib. Qurum əlavə edib ki, qarşıdurmalar davam edir və yeni hücumlar olacağı təqdirdə daha sərt cavab veriləcək.

Bəhreyn Daxili İşlər Nazirliyi isə ölkə üzrə sirenlərin səsləndirildiyini açıqlayıb və vətəndaşları təhlükəsiz sığınacaqlara getməyə çağırıb. Nazirlik əhalidən sakitliyi qorumağı və yalnız rəsmi məlumatları izləməyi xahiş edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki