İran çempion güləşçini edam etdi

İran çempion güləşçini edam etdibackend

Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari bu gün səhər saatlarında edam edilib.

Busaat.az  xəbər verir ki, onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb.

Qeyd edək ki, İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü vermişdi. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində mühafizəçini öldürmədiyini bildirmişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90