İran ordusu bütün qoşunları ilə HƏRƏKƏTƏ KEÇİR- 3 günlük hərbi təlimlər başlayır

İran ordusu bütün qoşunları ilə HƏRƏKƏTƏ KEÇİR- 3 günlük hərbi təlimlər başlayırbackend

İran Silahlı Qüvvələrinin “Zülfüqar 99” 3 günlük hərbi təlimləri sabah başlayır.

Busaat.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini və təlimin komandanı admiral Həbibullah Səyyari bildirib.

Təlimlərin şüarı “Müdafiə iqtidarı sayəsində daimi təhlükəsizlik”dir.

“Bu təlimin əsas mərhələləri dəniz, hava, quru və hava hücumundan müdafiə qüvvələrinin qoşunlarının iştirakı ilə Hörmüz boğazının şərqi, Mokran sahilləri, Oman dənizi və Hind okeanı sahillərini əhatə edən 2 milyon kv/km ərazidə baş tutacaq”, – admiral bildirib.

Admiral təlimin kəşfiyyat, taktiki və güc nümayişi olmaqla, üçmərhələli şəkildə tətbiq ediləcəyini vurğulayıb: “İran ordusunun döyüş gəmiləri, sualtılar, döyüş təyyarələri və pilotsuz uçuş aparatları təlimdə iştirak edəcək. Təlimin ən əhəmiyyətli xüsusiyyəti İran istehsalı olan “Fateh” sualtıları və uzunmənzilli “Simurq” PUA-larının iştirakıdır”.

Səyyari İranın düşmənlərinə belə xəbərdarlıq edib: “İran düşmənlərinin buraxdığı hər cür strateji səhv nəticəsində döyüş bölgəsi və İranın onlara verəcəyi cavabın sahəsi sadəcə Qərbi Asiya olmayacaq. Döyüş daha geniş cəbhədə baş tutacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90