İran və Rusiya SWIFT-ə bənzər bank sistemini işə salır

image-iran-rusiyabackend

İran və Rusiya bank sistemlərini birləşdirmək üçün Anlaşma Memorandumu imzalayıblar.

Busaat.az xəbər verir ki, bunu Mehr agentliyi yazır.

İran Mərkəzi Bankının əməkdaşı Möhsün Kəriminin sözlərinə görə, sənəd iki ölkə ilə digər 13 ölkə arasında maliyyə və bank əməliyyatlarını asanlaşdıracaq.

O, əlavə edib ki, bu sistem iki ölkənin daxili infrastrukturuna əsaslandığı üçün sanksiyalardan təhlükəsizdir.

Kərimi əlavə edib ki, yaxın günlərdə Rusiya Mərkəzi Bankının texniki qrupunun Tehranda iştirakı ilə İran və Rusiya bankları arasında əlaqələr tənzimlənəcək.

Rusiya Mərkəzi Bankının nümayəndəsi öz növbəsində imzalanma mərasimində bildirib ki, bu memorandumun ən böyük üstünlüyü ondan ibarətdir ki, onun Qərb sanksiyalarına məruz qalması mümkün deyil: “İran bu anlaşma memorandumunu imzaladıqdan sonra bizim maliyyə institutlarımız digər maliyyə qurumları və təşkilatları ilə daha geniş əlaqədə olacaqlar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki