İran vətəndaşı Ermənistanda tikinti işləri apararkən 8 metrdən yıxıldı

image-default-47backend

Çərşənbə günü səhər saat 10 radələrində Ermənistanın Taşir şəhər tibb mərkəzinin təcili tibbi yardım briqadası politravma, qapalı kəllə-beyin travması, qarın boşluğundan daxili qanaxma və ürək dayanması diaqnozu qoyulmuş bir şəxsi yuxarıda adı çəkilən xəstəxanaya çatdırıb.

Busaat.az xəbər verir ki, bu barədə shamshyan.com məlumat yayıb.

“Təşir” Tibb Mərkəzinin həkimləri əvvəlcə ürəyin fəaliyyətini bərpa edə bilib, sonra isə yaralının ağır vəziyyətdən çıxdığını görəndə onu təcili yardımla Vanadzor şəhər tibb mərkəzinə, oradan da helikopterlə İrəvan xəstəxanasına aparıblar.

Polis yaralanan şəxsin İran vətəndaşı 37 yaşlı Mehdi Bəxtiyari olduğunu müəyyən edib.

Məlum olub ki, həmin gün səhər saat 9:40 radələrində o, Təşir-Metsavan avtomobil yolunda tikinti işləri aparan zaman təxminən 8 metr hündürlükdən yıxılaraq yuxarıda qeyd olunan xəsarətlər alıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90