İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıb

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıbbackend
image-busaat_banner_768x90

Ötən il Azərbaycana 155 ölkədən 795,700 nəfər gəlib.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib.

Göstəricilərin kəskin azalmasına səbəb koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın dövlət sərhədlərinin 2020-ci ilin aprelindən dekabrına qədər bağlanması və digər ölkələr tərəfindən oxşar tədbirlərin görülməsi olub.

2020-ci ildə Azərbaycana səfər edənlərin arasında 28,3 % Rusiya, 23,2 % Gürcüstan, 20,2 % Türkiyə, 9,1 % İran, 2,1 % Ukrayna, 1,6 % Hindistan, 1,5 % Səudiyyə Ərəbistanı, 1,1 % Qazaxıstan, hər biri 1,0 % olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər biri % 0,9 – Küveyt və İngiltərə, 0,8 % – Belarus, hər bir 0,7 % – Özbəkistan və İraq, 0,5 % – İsrail, hər biri 0,4 % – Almaniya və İtaliya, 4,5 % – digər ölkələrin vətəndaşları və % 0,1 – vətəndaşlığı olmayan şəxslər yer alır.

Koronavirus pandemiyası, eyni zamanda, xarici turizm statistikasında da ciddi təsir göstərib. 2020-ci ildə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstan – 5,2 dəfə, Rusiyaya – 4,5 dəfə, Türkiyəyə – 3,3 dəfə azalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90