İranda  daha 90 nəfər COVID-19 səbəbiylə həyatını itiribbackend

İranda, son 24 saatda 90 adamın həyatını itirdiyi və koronavirus (COVID-19) səbəbiylə ölkə daxilində 1030 yeni yoluxma halı aşkarlandığı bildirilib.

Kanal8 Anadolu Ajansına istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur açıqlama verib.

Beləliklə, o, COVID-19-un vurduğu can itkisinin 5481-ə qədər artdığını və yoluxmaların ümumi sayının 8726-a çatdığını bildirib.

Virusa yoluxan xəstələrin 3 min 105-nin vəziyyətinin kritik olduğunu ifadə edən Cihanpur, bu günə qədər sağalan xəstələrin sayının 64 min 843 olduğunu vurğulayıb.