İranda ölən etirazçıların sayı 448-ə yüksəldi

image-mitinq-iranbackend

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlər zamanı həyatını itirən etirazçıların sayının 448-ə yüksəldiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə İHR-nin internet saytında dərc edilən hesabatda məlumat verilib.

Məlumata görə, son bir həftədə baş verən hadisələrdə 16 nəfər həyatını itirib.

Ölkədəki 31 əyalətdən 26-sı ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verdiyi bildirilib.

Hesabatda Sistan-Bəlucistanda 128, Kürdüstanda 53, Qərbi Azərbaycanda 51, Tehranda 43, Mazandaranda 37, Kirmanşahda 25, Gilanda 24, Elborzda 16, İsfahanda 14, Xuzistanda 10, Farsda 8 , Rəzəvi Xorasanında 6, Zəncan və Şərqi Azərbaycanda 4, Qəzvin, Həmədan və Loristanda 3, Kohgiluye-Alıcı Əhməd, Ərdəbil, İylam, Buşehr, Hörmüzqanda 2 nümayişçinin həyatını itirdiyi qeyd edilib.

Həyatını itirən nümayişçilərdən 29-nun qadın, 60 nəfərin isə 18 yaşdan kiçik olduğu bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90