İranda son 24 saat ərzində COVID-19-dan 94 nəfər vəfat edibbackend

Busaat.az-ın İran Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 5391 nəfərə çatıb.

İranda son 24 saat ərzində 1194 yeni yoluxma faktı qeydə alınıb və indiyədək COVID-19 virusuna yoluxanların sayı 85 996 nəfərə çatıb.

Qeyd edilib ki, virusdan 63 113 nəfər sağalıb.