İrəvanda aksiya keçirənlər saxlanıldı

image-aksiyaabackend

Ermənistanın paytaxtı İrəvanda 25 noyabrda keçirilən etiraz aksiyası zamanı altı nəfər saxlanılıb.

Busaat.az  erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvan hüquq-mühafizə xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar polis əməkdaşının qanuni tələbinə tabe olmadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə saxlanılıb.

“Azadlıq Hərəkatı”nın təşəbbüs qrupunun üzvləri yenidən İrəvan küçələrini bağlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki