İrəvandan növbəti HƏYASIZLIQ: Qarabağa 100 milyon ayırır

image-ermenistanbackend

Ermənistan hökuməti Qarabağdakı separatçılara yeni miqyaslı yardım proqramını təsdiqləməyə hazırlaşır.

Busaat.az  xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, Qarabağa təqaüd, maaş və yardımların ödənilməsi üçün artıq 12 milyon dollar qrantın ayrıldığını bildirib.

Qriqoryan hazırda evlərin tikilməsi və zərər görmüş əmlakın təmiri üçün iki proqramın müzakirə edildiyini deyib. Onun sözlərinə görə, bu proqramların dəyəri 100 milyon dollar həcmindədir. Bu vəsaitin Qarabağa ayın sonundan verilməyə başlanacağı qeyd edilib.

Qriqoryan, həmçinin Qarabağdan olan erməni qaçqınlara ayda 60 dollar ödənildiyini bildirib.Axar.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90