İşdən ayrıldığını vatsap mesajı ilə öyrəndi

image-6746cdb9a5dc5135__w1200xh675backend

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Səməd Aybaba klubla yollarının ayrılmasından sonra ilk dəfə açıqlama verib. 

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vəzifəsindən çıxarılmasını mesajla öyrəndiyini vurğulayıb.

“İşdən çıxarıldığımı telefonuma göndərilən vatsap mesajından öyrəndim. Son 4 ayda klub prezidenti Həsən Aratla dialoqumuz tamamilə pozulmuşdu. Onunla danışa bilmədiyimiz üçün klubda baş verən hər şeylə bağlı ona məktub yazdım. Şənbə günü mətbuat konfransı keçirəcəyəm. Bütün sualları cavablandıracağam və son bir ildə “Beşiktaş”da baş verənləri danışacağam”.

Qeyd edək ki, Samet Aybaba ilə yanaşı, bu gün klubun vitse-prezidenti Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel də istefa ərizələrini yazıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki