İsrail HƏMAS mövqelərini yenidən vurdu

İsrail HƏMAS mövqelərini yenidən vurdubackend

İsrail ordusu HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən hədəflərinə zərbələr endirib.

Busaat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddə ilə dolu hava şarlarının atılması olub.

“Gün ərzində Qəzza zolağından İsrailə doğru partlayıcı maddə və atəş qurğuları olan şarlar buraxılılıb. Bunlara cavab olaraq İsrail Müdafiə Qüvvələrinin tankları Qəzza zolağının cənubundakı HƏMAS hərbi postlarına zərbələr endirib”, – məlumatda bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90