Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.59 $▼4.20%
  • WTI neft82.47 $▼2.68%
  • Avropa qazı (TTF)80.59 €▼5.72%
  • Təbii qaz (ABŞ)3.299 $▲4.33%
  • Qızıl3 742 $▼1.18%
  • Gümüş44.84 $▼2.13%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.50 ¢▼2.77%
  • Bitcoin62 449 $▼3.74%
  • Ethereum1 740 $▼4.52%
  • S&P 5007 303▼0.52%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

İsraildə səslərin 90 faizi sayıldı: Netanyahunun partiyası qələbə qazanır

image-neytanhu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsraildə keçirilən parlament seçkilərində baş nazir Benyamin Netanyahunun “Likud” Partiyası səslərin 90 faizinin sayılmasından sonra liderlik edir.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Lakin seçki nəticələrinə əsasən gələcək 24-cü çağırış Knessetdə (parlament) yerlərin bölüşdürülməsi səbəbilə dayanıqlı koalisiyanın və yeni hökumətin formalaşdırılması ehtimalı çox az görünür.

“Səslərin 90 faizinin sayılmasından sonra “Netanyahu tərəfdarları” düşərgəsi 59, “Netanyahu əleyhdarları” bloku isə 56 yer qazanır”, – deyə radiostansiya bildirib.

Qeyd olunur ki, hazırda Knessetdəki 120 yerdən 30-u “Likud”, 18-i isə ən yaxın rəqibi, müxalifət lideri Yair Lapidin “Eş atid” Partiyası tərəfindən qazanılıb. Cümə günü başa çatacaq səslərin sayılması prosesindən sonra da bu fərqin saxlanılması gözlənilir.

Bildirilir ki, istənilən halda 59 mandat dayanıqlı koalisiya formalaşdırmaq üçün kifayət etmir və ölkədə 2021-ci ilin payızında yenidən parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=41471