İsraildə terrorçular üçün ölüm hökmünü nəzərdə tutan qanun qüvvəyə minib.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Mərkəzi Hərbi Dairəsinin komandanı general-mayor Avi Blot İordan çayının Qərb sahilində təhlükəsizlik tədbirlərinə dair fərmana düzəlişi təsdiqləyib. Bu düzəliş Knessetin bu yaxınlarda qəbul etdiyi terrorçular üçün ölüm cəzası haqqında qanunun praktikada həyata keçirilməsinə imkan verir.
Məlumata görə, bu qanun HƏMAS təşkilatının 7 oktyabr 2023-cü il tarixli hücumuna cavab olaraq İsrailin siyasətində aydın və birmənalı dəyişikliyi təcəssüm etdirir.








