İsraildən Suriyaya hava HÜCUMU

image-israil-den-suriye-ye-hava-saldirisi-606292-5backend

Suriya İsrailin Homs vilayətində birdən çox nöqtəyə hava hücumu təşkil etdiyini iddia edib.

Busaat.az xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 00:35-də Livanın paytaxtı Beyrutun şimal-şərqindən Homs və Homs çölündəki bir neçə nöqtənin İsrail qüvvələrinin hədəfində olub.

“Hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərini qarşılayıb və onların bir qismini vurub. Maddi ziyan dəyib. 5 əsgər yaralanıb”, – məlumatda deyilir.

İsrail rəsmilərindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Məlumdur ki, Homs əyaləti və onun kənd yerlərində Suriya ordusu ilə yanaşı, İran İnqilabı Keşikçiləri Korpusunun komandanlığı altında terrorçu qruplar və xüsusilə Livan Hizbullah ünsürləri mövcuddur.

Qeyd edək ki, İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada zaman-zaman İranın dəstəklədiyi qruplaşmalara və Suriya hərbi məntəqələrinə qarşı hücumlar təşkil edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki